اخبار

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

الكاتبabdulrahman-mustafaتاريخ النشر
İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Bakı, 19 iyun, AZƏRTAC

İran Hörmüz boğazında göstərilən xidmətlərə görə 60 gün müddətində heç bir ödəniş tələb etməyəcək və bununla bağlı bütün xərcləri öz üzərinə götürəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

Bəyanatda bildirilir: “İslamabad Anlaşma Memorandumuna əsasən, müraciət edənlərdən 60 gün ərzində heç bir ödəniş alınmayacaq və bütün əlaqədar xərclər İran İslam Respublikası hökuməti tərəfindən qarşılanacaq”.

Sənəddə qeyd olunur ki, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər əvvəlki qaydada İranın Körfəz üzrə Dəniz Nəzarəti Orqanına müraciət təqdim etməlidirlər. Bununla yanaşı, bütün müraciətlərin operativ şəkildə emal ediləcəyi vurğulanır.

Şura, həmçinin bildirib ki, İran ABŞ ilə imzalanmış memorandum çərçivəsində Hörmüz boğazında minaların təmizlənməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirəcək.

Sənəddə vurğulanır ki, Hörmüz boğazında mövcud xüsusi şərait, təhlükəsizlik riskləri, təhlükəsiz gəmiçiliyin təmin edilməsi və dəniz qəzalarının qarşısının alınması zərurəti nəzərə alınaraq, gəmilər müəyyən edilmiş vaxt qrafikinə və marşrutlara ciddi riayət etməlidirlər. Bu tədbirlərin boğazın ötürmə qabiliyyətinin mərhələli şəkildə artırılmasına imkan verəcəyi qeyd olunur.